Pentaqon İrana qarşı hərbi planlar hazırlayır
Gərginliyin artdığı və diplomatik səylərin nəticəsiz qaldığı bir vaxtda Pentaqon İrana qarşı kütləvi hava zərbələri və quru əməliyyatlarını nəzərdə tutan müxtəlif hərbi ssenarilər üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, fövqəladə planlar danışıqlar uğursuz olarsa və ya Hörmüz boğazının qlobal enerji ticarətinə təhlükə yaratmaqla bağlı bağlı qalması davam edərsə işə salına bilər.
Nəzərdən keçirilən əsas variantlar belədir:
İranın əsas neft terminalı olan Xarq adasının ələ keçirilməsi və ya blokadaya alınması.
Boğaz yaxınlığında strateji mövqedə yerləşən Larak və Əbu Musa adalarının ələ keçirilməsi və ya blokadaya alınması.
İranın neft daşımalarının dayandırılması.
Yüksək zənginləşdirilmiş uranı zərərsizləşdirmək məqsədilə nüvə obyektlərinin hədəf alınması.
Bu planlar işə salınarsa, regionda gərginlik arta bilər.
18:14 26.03.2026
Oxunuş sayı: 2645