Pakistan ABŞ–İran danışıqlarını təsdiqlədi
Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, ABŞ ilə İran arasında dolayı danışıqlar aparılır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu danışıqlar Pakistan vasitəsilə ötürülən mesajlar üzərindən həyata keçirilir. Nazir qeyd edib ki, ABŞ tərəfindən təqdim olunan 15 məsələ hazırda İran tərəfindən nəzərdən keçirilir.
Türkiyə və Misir də daxil olmaqla bir sıra ölkələrin bu təşəbbüsü dəstəklədiyi vurğulanıb.
18:02 26.03.2026
Oxunuş sayı: 44