ABŞ-dən açıqlama: Körfəz ölkələri İranda dəyişiklik istəyir
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Körfəz ölkələri İranda rejim dəyişikliyini dəstəkləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, CNN telekanalına müsahibəsində qeyd edib ki, bu ölkələr mövcud müharibənin başlanmasını istəməsələr də, uzun müddətdir İranda siyasi dəyişikliklərin tərəfdarıdır.
Boltonun sözlərinə görə, Körfəz dövlətlərinin bu mövqeyi dəyişməyib və onlar hələ də İranda siyasi transformasiyanın baş verməsini arzulayırlar.
17:40 26.03.2026
Oxunuş sayı: 115