ABŞ Ukrayna üçün nəzərdə tutulan silahları Yaxın Şərqə yönləndirə bilər
Vaşinqton Ukraynaya ayrılmış Patriot hava hücumundan müdafiə sistemi və THAAD raketdən müdafiə sistemi raketlərini Yaxın Şərqə göndərməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, İranla bağlı gərginlik fonunda ABŞ-ın ehtiyatları sürətlə azalır və bu səbəbdən silahların yenidən bölüşdürülməsi gündəmə gəlib.
Mənbələrin sözlərinə görə, belə bir qərar Ukraynaya gələcək hərbi yardımlara, xüsusilə hava hücumundan müdafiə sahəsində tədarüklərə mənfi təsir göstərə bilər.
Qərar hələlik qəbul olunmayıb, lakin Pentaqon zərurət yaranacağı halda bu addımı istisna etmir.
16:50 26.03.2026
Oxunuş sayı: 713