Münaqişə artdı: İsrail tanklarına zərbə vuruldu, hərbçilər yaralandı
Livanın Taybeh şəhəri yaxınlığında Hizbullah silahlıları ilə İsrail Ordusu arasında toqquşma baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, Hizbullah qüvvələri İsrailin hücumunun qarşısını alıb və döyüş zamanı 6 ədəd “Merkava” tankını məhv edib.
İsrail Müdafiə Nazirliyi isə hadisə ilə bağlı açıqlamasında 1 hərbçinin öldüyünü, 3 hərbçinin isə yaralandığını bildirib.
16:35 26.03.2026
Oxunuş sayı: 52