Otaiba: İran bizi seçəcək , buna hazırıq
Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif əl-Otaiba “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində ölkəsinin mümkün müharibə şəraitində İran tərəfindən ilk hədəf seçilə biləcəyinə hazır olduqlarını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfir qeyd edib ki, bu ehtimal təkcə coğrafi yaxınlıqla bağlı deyil. Onun sözlərinə görə, BƏƏ ilə İran arasındakı dəyərlər və idarəetmə modeli fərqləri də bu riski artırır.
“İranın bizi seçəcəyini bilirdik. Yalnız çox yaxın olduğumuz üçün deyil, həm də çox fərqli olduğumuz üçün. BƏƏ xalqına qayğı göstərən, qadınları gücləndirən və bütün dinləri alqışlayan müasir, mütərəqqi bir müsəlman cəmiyyətidir. İran üçün bu fikir qəbuledilməzdir”, – deyə Otaiba vurğulayıb.
Səfir əlavə edib ki, BƏƏ regional təhlükəsizlik çağırışlarına qarşı hazırlıqlı olmağa davam edir və tərəfdaşları ilə əməkdaşlığı gücləndirir.
14:38 26.03.2026
Oxunuş sayı: 53