Zelenski: Rusiya infrastruktura hücumların ikinci mərhələsinə keçib
Ukrayna Prezidenti Volodomir Zelenski bildirib ki, Rusiya kritik infrastruktura qarşı hücumların yeni mərhələsinə başlayıb.
Crossmedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu mərhələdə əsas hədəflər bəndlər, su anbarları və logistika obyektləri olacaq.
Zelenski əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə maliyyəyə ehtiyac var. Xüsusilə, tutucu dronların sayının gündəlik 2000-ə çatdırılması planlaşdırılır.
14:20 26.03.2026
Oxunuş sayı: 46