KİV: Rusiya İrana dəstək göndərir
Qərb kəşfiyyat orqanları Rusiya ilə İran arasında yeni dəstək mərhələsinin başladığını bildirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata əsasən, ABŞ və İsrailin Tehrana hücumları və paralel gizli danışıqlardan sonra Rusiya İrana dronlar, tibbi avadanlıqlar və ərzaq məhsullarının çatdırılmasını başa çatdırmaq üzrədir. Bu addım müharibənin başlanğıcından bəri Moskvanın Tehrana ilk açıq dəstək nümunəsi kimi qiymətləndirilir.
Eyni zamanda, KİV-in məlumatına görə, Rusiya İrana ağır bomba daşımaq qabiliyyətinə malik, yüksək imkanları ilə təchiz olunmuş “Geran-3” və “Geran-4” kamikadze pilotsuz uçuş aparatlarını tədarük etməyə hazırlaşır.
Bildirilir ki, bu PUA-lar İranın “Şahed” tipli dronları əsasında hazırlanmış və daha təkmilləşdirilmiş versiyalar hesab olunur.
12:40 26.03.2026
Oxunuş sayı: 1517