Qara dənizdə Türkiyə tankerinə dron hücumu edilib
Türkiyəyə məxsus “ALTURA” adlı xam neft tankeri Qara dənizdə dron hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumata əsasən, Rusiyadan yola düşən və 140 min ton xam neft daşıyan tanker Bosfor boğazından təxminən 15 mil məsafədə hədəfə alınıb.
Hücum nəticəsində güclü partlayış baş verib, gəminin göyərtəsi və idarəetmə körpüsü ciddi zədələnib. Bildirilir ki, dəyən ziyan səbəbindən tanker su almağa başlayıb.
Hadisə zamanı gəmidə olan 27 nəfərlik türk ekipaj üzvünün vəziyyətinin yaxşı olduğu qeyd olunur.
10:28 26.03.2026
Oxunuş sayı: 62