KİV: ABŞ-İran danışıqları bu həftəsonu baş tuta bilər
İran və ABŞ nümayəndələrinin iştirakı ilə Yaxın Şərq münaqişəsinin həlli üçün danışıqlar Pakistanda və ya Türkiyədə baş tuta bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mənbə bildirib ki, Türkiyə müharibənin bitməsinə kömək edib, ona görə də ya Türkiyə, ya da Pakistan bu cür danışıqların keçiriləcəyi yer kimi nəzərdən keçirilir.
Agentliyin mənbəyinə görə, Pakistan Tehrana münaqişənin həlli ilə bağlı ABŞ təklifini çatdırıb.
Nəşr İslamabadın təqdim etdiyi təklifin təfərrüatlarını açıqlamayıb və bunun əvvəllər mediada bildirilən eyni 15 maddəlik plan olub-olmadığını dəqiqləşdirməyib.
23:09 25.03.2026
Oxunuş sayı: 60