Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi təşkil olunub
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Misirdə yaşayan və təhsil alan azərbaycanlılar, onların ailə üzvləri, həmçinin Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Misirdə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor fəaliyyətindən və cəmiyyətin gördüyü işlərdən bəhs edib. O, xüsusilə təhsil sahəsində həyata keçirilən layihələrə toxunub, cəmiyyətin təşkil etdiyi kurslar və maarifləndirici proqramlar haqqında məlumat verib.
Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən danışıb. Diplomat qeyd edib ki, Azərbaycan və Misir arasında əlaqələrin inkişafında dövlət başçılarının rolu böyükdür. Yüksək səviyyəli qarşılıqlı səfərlər və bu çərçivədə imzalanan sənədlər əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfələr verir.
15:40 18.03.2026
Oxunuş sayı: 43