“Odlar Yurdu” Boks Klubunun idmançıları çempion olub
Almaniyanın Saksoniya-Anhalt vilayətində təşkil olunan regional həvəskar boks çempionatında “Odlar Yurdu” Boks Klubu uğurlu çıxış edib.
Crossmedia.az xəbər verir ki, gənclər arasında keçirilən yarışlarda klubun iki idmançısı yüksək peşəkarlıq nümayiş etdirərək çempionluq qazanıb. Belə ki, 54 kq çəki dərəcəsində çıxış edən Oleksandr Standik və 60 kq çəki dərəcəsində mübarizə aparan Dmytro Turkulets rəqiblərinə qalib gələrək regional çempion adına layq görülüblər. "Odlar Yurdu"nun idmançılarının rinqdəki peşəkarlığı böyük maraq və coşqu ilə izlənib.
Qeyd edək ki, 22 və 29 mart tarixlərində keçiriləcək növbəti yarışlarda klubun daha iki idmançısı digər yaş qrupunda rinqə çıxaraq öz güclərini sınayacaqlar. Klub rəhbərliyi bu yarışlarda da uğurlu nəticələrin əldə olunacağına inam ifadə edib.
18:23 11.03.2026
Oxunuş sayı: 46