Təhsilin İnkişafı Fondu auditor seçib
Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "Hesabat" MMC-dir.
Qalib şirkətə 2 298 manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 4 min manat ödənilib.
15:35 11.03.2026
Oxunuş sayı: 45