İran XİN rəhbəri: Müharibənin dayandırılması şərtlərini müzakirə etmirik
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hazırda hərbi əməliyyatların dayandırılması ilə bağlı hər hansı şərtləri müzakirə etmək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, nazir bu barədə NBC News telekanalına müsahibəsində danışıb. O, mövcud vəziyyəti şərh edərkən tərəflərin hələlik müharibənin dayandırılması ilə bağlı müzakirə mərhələsinə çatmadığını vurğulayıb.
Əraqçi müharibəyə son qoymaq üçün İranın hansı şərtləri qəbul edə biləcəyi barədə suala cavabında bildirib ki, hazırda bu məsələ gündəmdə deyil.
“Əslində, biz hələ həmin nöqtədə deyilik. Müharibəyə tamamilə və daimi olaraq son qoyulmalıdır. Buna nail olmayana qədər xalqımızın rifahı və təhlükəsizliyimiz naminə döyüşməyə davam etməli olduğumuzu düşünürəm”, – deyə nazir qeyd edib.
20:09 08.03.2026
Oxunuş sayı: 60