Ter-Petrosyan: Qərb bizə dost deyil
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Qərb Ermənistanda keçiriləcək parlament seçkilərində iş adamı Samvel Karapetyanın qələbəsinin qarşısını almağa çalışa bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Siyasətçi sosial şəbəkədə yazıb ki, Qərb Karapetyanın qələbəsini Rusiyanın bölgədə təsirinin təsdiqi kimi qiymətləndirə bilər və bu, onların planlarına uyğun deyil. Onun sözlərinə görə, Qərb ölkələri hakimiyyətin formalaşdırılmasının yalnız erməni xalqının müstəsna hüququ olduğunu nəzərə almırlar.
Ter-Petrosyan bildirib ki, Ermənistanın təbii müttəfiqləri Fransa istisna olmaqla, uzaq Qərb ölkələri deyil daha çox Rusiya, Gürcüstan və İran hesab oluna bilər. O, həmçinin Çin və Hindistanla əməkdaşlığın da perspektivli olduğunu qeyd edib.
Levon Ter-Petrosyan daha əvvəl də bildirib ki, erməni müxalifətini birləşdirə biləcək yeganə şəxs məhz Samvel Karapetyan ola bilər.
Turqut Ansari
20:12 08.03.2026
Oxunuş sayı: 62