ABŞ-ın İrana qarşı müharibəsi Rusiyanın Ukraynaya müdaxiləsini xatırladır
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bəzi məqamlarına görə Rusiyanın Ukraynaya müdaxiləsini xatırladır. ABŞ müharibə naziri Pit Heqset (Pentaqon rəhbəri) bildirib: “Biz bu müharibəni başlamamışıq, lakin prezident Donald Trampın rəhbərliyi altında onu bitiririk”.
Crossmedia.az xəbər verir ki, buna bənzər ifadəni 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin də işlədərək “biz Ukraynadakı müharibəni başlamamışıq, əksinə onu bitirməyə çalışırıq” demişdi.
Həm ABŞ-da, həm də Rusiyada siyasi dairələr “müharibə” sözündən yayınmağa çalışırlar. Məsələn, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson baş verənləri “əməliyyat” adlandırıb. Rusiyada isə Ukraynaya qarşı müdaxilə rəsmi şəkildə “xüsusi hərbi əməliyyat” kimi təqdim olunur.
Analitiklər xəbərdarlıq edirlər ki, sürətli qələbə gözləntiləri yanlış ola bilər. Onların fikrincə, siyasi məqsədlər aydın müəyyən edilmədiyi halda, hərbi güc təkbaşına nəticə vermir.
Politoloq Maria Lipman hesab edir ki, Trampın İrana qarşı müharibəyə başlaması “naməlum istiqamətə atılan addımdır” və ABŞ gözlədiyindən daha böyük qeyri-sabitliklə üzləşə bilər.
18:11 08.03.2026
Oxunuş sayı: 294