Yaxın Şərqdəki vəziyyətlə bağlı şərh verən Çeçenistan xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinov İrana dəstəyini açıqlayıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Videomüraciətində o bildirib ki, bütün silahlarını İslam Respublikasına təhvil verməyə hazırdır və ölkə rəhbərliyi qərar verərsə, Dəccal ordusunun quru hücumunu dəf etmək üçün hərəkət edəcək.
Alaudinov eyni zamanda xəbərdarlıq edib ki, ABŞ və İsrail İranı məhv edə bilsələr, növbəti hədəf Rusiya ola bilər. “Əvvəlcə ölkə daxilində mövqeyimizi möhkəmləndirməli və daha da birləşməliyik, çünki növbəti biz olacağıq və bu heç kim üçün yeni xəbər olmamalıdır”, – deyə o qeyd edib.