Pezəşkian İspaniyaya təşəkkür etdi: “Qərbdə hələ də etik dəyərlər mövcuddur”
İran prezidenti Məsud Pezeşkian İspaniyanın mövqeyinə görə bu ölkəyə təşəkkür edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, İspaniyanın insan hüquqlarının kobud şəkildə pozulmasına və İran kimi ölkələrə qarşı “sionist-Amerika koalisiyasının hərbi təcavüzünə” qarşı çıxması Qərbdə hələ də etik dəyərlərin və vicdanın mövcud olduğunu göstərir.
Pezeşkian bu mövqeyinə görə İspaniya rəsmilərinə minnətdarlığını ifadə edib.
İran prezidentinin sözlərinə görə, Madridin məsuliyyətli davranışı beynəlxalq münasibətlərdə etik prinsiplərin hələ də qorunduğunu nümayiş etdirir.
10:36 05.03.2026
Oxunuş sayı: 545