İspaniya millisi 2026 Dünya Çempionatından çəkilə bilər?
İspaniya milli futbol komandasının 2026-cı il FIFA Dünya Çempionatından çəkilə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu ehtimallar ABŞ ilə İspaniya arasında yaranmış diplomatik gərginlik fonunda ortaya çıxıb. Bildirilir ki, gərginlik ABŞ prezidenti Donald Trampın İspaniyanı açıq şəkildə tənqid etməsindən sonra daha da artıb.
İddialara əsasən, narazılığın səbəbi Madrid hökumətinin İranla bağlı mümkün hərbi əməliyyatlar üçün ABŞ hərbi təyyarələrinin İspaniyadakı bazalardan istifadə etməsinə icazə verməməsi olub.
Məlumatlarda qeyd olunur ki, İspaniya Kral Futbol Federasiyası yaranmış vəziyyəti qiymətləndirir və müxtəlif variantları nəzərdən keçirir. Bununla belə, 2026-cı il FIFA Dünya Çempionatından çəkilməklə bağlı rəsmi qərar hələ açıqlanmayıb.
09:58 05.03.2026
Oxunuş sayı: 600