Birləşmiş Ştatlar Senatı ABŞ prezidenti Donald Trumpın İrana qarşı hərbi zərbələrini dayandırmağa yönəlmiş təşəbbüsü bloklayıb.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Senat Konqresin razılığı olmadan Trampın hərbi əməliyyatlarının məhdudlaşdırılması ilə bağlı təklifin qarşısını 48–52 səs nisbəti ilə alıb.
Lloyd Doggett isə məsələyə münasibət bildirərək Trampı tənqid edib. Onun sözlərinə görə, Tramp ABŞ-ın hərbi gücünü nümayiş etdirməyə çalışsa da, Benjamin Netanyahu və Vladimir Putin qarşısında qəti mövqe göstərə bilmir.
Doggett əlavə edib ki, Konqres mümkün qədər tez hərbi səlahiyyətlərlə bağlı qətnamə qəbul etməli və amerikalıların həyatını qorumaq üçün addım atmalıdır.