Tehranda Xameneyinin iqamətgahı ətrafında təhlükəsizlik gücləndirilib
Tehranda İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahı və Prezident Administrasiyasının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirləri artırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xaricdə fəaliyyət göstərən farsdilli media orqanlarının məlumatına görə, həmin ərazilərdə yerləşən bir neçə məktəb əvvəlcədən rəsmi elan edilmədən fəaliyyətini dayandırıb, səhər saatlarında şagirdlər avtobuslarla evlərinə göndərilib.
Ötən gecə saat 23:00-dan sonra Xameneyinin iqamətgahının ətrafında çox sayda təcili tibbi yardım maşını, polis və xüsusi təyinatlı qüvvələr müşahidə olunub.
İran rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
14:25 23.02.2026
Oxunuş sayı: 691