İran prezidenti Məsud Pezeşkian ABŞ ilə Cenevrədə keçirilən dolayı danışıqlardan sonra nikbin mesaj verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Dünən prezident "X" sosial media hesabında paylaşım edərək tərəflərin İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün praktik təkliflər mübadiləsi apardıqlarını bildirib.
Pezeşkian qeyd edib ki, İran bölgədə sülh və sabitliyə sadiqdir və son danışıqlar “həvəsləndirici siqnallar” verib. Eyni zamanda, Tehran ABŞ-nin addımlarını diqqətlə izləməyə davam edir və mümkün bütün ssenarilər üçün lazımi hazırlıqlar görülüb.