Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi Cenevrədə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundunda iştirak edəcək.
Crossmedia.az-ın məlumatına görə, iranlı diplomat İSNA-ya verdiyi müsahibədə bildirib ki, Qrossi fevralın 17-dəki əvvəlki raundda olduğu kimi, böyük ehtimalla fevralın 26-da keçiriləcək danışıqlarda da iştirak edəcək.
Danışıqlar Bədr bin Həməd Əl Busaidi-nin vasitəçiliyi ilə Cenevrədə Omanın səfirliyində keçiriləcək. Görüş zamanı əsas müzakirə mövzuları İranın nüvə öhdəlikləri, ABŞ-nin sanksiyaların aradan qaldırılması tədbirləri və iqtisadi əməkdaşlıq olacaq.
Tehran rəsmiləri vurğulayıblar ki, İranın "qırmızı xətləri" ölkənin uranı daxildə zənginləşdirmək hüququnun tanınması və zənginləşdirilmiş materialların ixracına qadağa qoyulmasını əhatə edir.