Ukrayna üzrə razılaşmalar yayda əldə oluna bilər - Detallar açıqlandı
"Ukrayna üzrə razılaşmalar yayda əldə oluna bilər".
Crossmedia.az UNAİAN-a istinadən xəbər verir ki,bunu Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hoces deyib
O, hesab edir ki, Ukrayna ilə bağlı razılaşma bu yay baş tuta bilər və Rusiya ilə ABŞ arasında artıq qeyri-rəsmi razılaşmalar mövcuddur.
Hocesin fikrincə, detallar yaxın aylarda açıqlana bilər: "Mənə elə gəlir ki, artıq müəyyən razılaşmalar var və sənədlər bu yay tərəflərin fikrincə, yekun razılıq əldə olunduqdan sonra elan ediləcək Amma Kremlin məqsədi təkcə Donbas deyil". Donald Tramp(RED: ABŞ Prezidenti Donald Tramp nəzərdə tutulur) Rusiya ilə gələcək irimiqyaslı biznes sövdələşmələrinə ümid edərək "öz reallığında yaşayır".
Validə Musayeva
13:03 23.02.2026
Oxunuş sayı: 578