Ukrayna Prezidenti: Tərəfdaşlar bizimlə ön cəbhədə dayanmaq istəmirlər
"Bizim Lvovda Polşa qoşunlarına ehtiyacımız yoxdur, lakin tərəfdaşlar bizimlə ön cəbhədə dayanmaq istəmirlər".
Crossmedia.az Ukrinform-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Böyük Britaniya və Fransa hər biri 5 minə qədər hərbçidən ibarət bir briqada ayırmağa hazırdır: "Digər ölkələrdən də siqnallar gəlir. Ukrayna bu xarici kontingenti cəbhə xəttinə daha yaxın görmək istərdi, lakin müttəfiqlər hələlik öz qüvvələrini birbaşa ön cəbhədə yerləşdirməyə hazır deyillər".
Validə Musayeva
12:39 23.02.2026
Oxunuş sayı: 589