Rusiya neftinə son? Hindistanın Səudiyyə manevri qlobal bazarı sarsıda bilərmi?
Hindistanın enerji siyasəti son aylarda diqqət mərkəzindədir. Ölkə Səudiyyə Ərəbistanından neft idxalını artıraraq, enerji tədarükünü şaxələndirməyə çalışır. Bu addım həm geosiyasi, həm də iqtisadi səbəblərlə izah olunur.
ABŞ və digər beynəlxalq tərəfdaşların mövqeləri Hindistanın seçimlərinə təsir edir. Eyni zamanda, Rusiya və İran bazarından asılılığın azaldılması da ölkənin enerji təhlükəsizliyinə yönəlmiş strategiyanın bir hissəsidir.
Bu barədə politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib:

"Hindistanın Səudiyyə Ərəbistanından neft alışı yeni məsələ deyil. Sadəcə, son dövrlər enerji bazarında baş verənlər və ABŞ-nin bu məsələlərə həssas yanaşması ölkələri daha konkret mövqe tutmağa sövq edir. Hindistanın son dövrlər Səudiyyədən neft idxalını artırması bir neçə səbəbdənHindistanın maraqlarına uyğundur.
Birinci səbəb odur ki, Rusiya nefti aşağı qiymətlərlə olsa da, daşınması və xərcləri çoxdur. Sanksiyalara məruz qaldığından neftin alınması müəyyən risklər yaradır. Rusiya neftinin keyfiyyəti ilə bağlı bəzi məsələlər var: “Bu neft niyə ağır neft hesab olunur”.
Səudiyyə isə coğrafi baxımdan Hindistana yaxındır. Belə ki, Hindistanın ABŞ ilə olan danışıqlarına görə, Rusiya neftinin idxalını durdurmaqla bağlı ABŞ prezidentinin mesajlarına diqqət etsək, belə bir anlaşmanın olduğu iddia olunur".
Politoloq hesab edir ki, hələlik qlobal enerji bazarında xüsusi bloklaşma olmayacaq:
“İran və Rusiya bazarından asılılıq Çinin maraqlarına uyğun deyil. Çin də həm İrandan, həm Rusiyadan ucuz enerji alsa da, müəyyən qədər onu şaxələndirməyə çalışır. O cümlədən körfəz ölkələri də Çinə və digər ölkələrə öz enerji resurslarını satırlar. Bu baxımdan düşünmürəm ki, yaxın perspektivdə kəskin bir bloklaşma olsun. Amma Donald Trampın mövqelərinə baxdıqda görünür ki, o bunun üçün cəhd edir”.
Fatimə Məmmədova
12:05 23.02.2026
Oxunuş sayı: 568