ŞOK İDDİA: Ermənistanda kilsə çevrilişi planı üzə çıxdı
Ermənistanın Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan daşnakları ikiüzlülükdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Arutyunyan bildirib ki, Livanda yerləşən Anteliasdakı Patriarxlıq – Böyük Kilikiya Evinin Katolikosluğu uzun illərdir Daşnaksütyun partiyasının birbaşa nəzarəti və təsiri altındadır.
Onun sözlərinə görə, onilliklər ərzində Antelias ilə Etçmiədzin arasında ciddi qarşıdurmalar yaşanıb, diaspor daxilində mübahisələr, müxtəlif ölkələrin hökumətlərinə qarşılıqlı şikayətlər edilib, kilsə binaları və ərazilər üzərində mübarizə aparılıb.
Arutyunyan qeyd edib ki, 1990-cı illərdən etibarən iki taxt-tacı birləşdirərək vahid kilsə yaratmaq cəhdləri göstərilsə də, daşnaklar bunun qarşısını almaq üçün əllərindən gələni ediblər.
Baş nazir əlavə edib ki, indi isə daşnaklar II Qaregin (Ktriç Nersisyanın) yanına gələrək kilsəni “xainlərdən xilas etmək” çağırışı edirlər.
“Bu, həqiqətən müstəsna ikiüzlülük nümunəsidir”, – deyə Arutyunyan bəyan edib.
12:18 23.02.2026
Oxunuş sayı: 568