Tehran Texnologiya Universitetində tələbə kimi təqdim olunan şəxslərin hökumət tərəfdarlarına hücum etdiyi və daş atdığı görüntülər İran dövlət televiziyası tərəfindən nümayiş etdirilib. Oxşar etirazlar Məşhəd universitetlərində də baş verib.
Crossmedia.az bu barədə "Reuters" ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri müdaxilə edib və xəsarət alanlar var. Yanvar ayında ölkədə genişmiqyaslı etirazlar baş vermiş və sərt şəkildə yatırılmışdı. Daha sonra İran hökuməti İsrail və ABŞ-ı iğtişaşları təşkil etməkdə günahlandırmışdı.
Hazırkı hadisələr Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı danışıqlar fonunda baş verir. Eyni zamanda, ABŞ regionda hərbi mövcudluğunu artırır və diplomatiya uğursuz olarsa, hərbi əməliyyatlara hazır olduğunu bəyan edib.