Müqavilə daşına bilən hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutur. Sənəd 2025-ci ilin dekabr ayında Moskvada imzalanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, İrana 500 ədəd “Verba” portativ buraxılış qurğusu və 2500 ədəd 9M336 raketi çatdırılacaq. Çatdırılmaların 2027–2029-cu illər ərzində üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunur ki, müqavilə Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboronexport şirkəti ilə İran Müdafiə Nazirliyi və İran Silahlı Qüvvələrinin Logistika şöbəsinin nümayəndəsi arasında imzalanıb.