Vaşinqton–Tehran xəttində yeni mərhələ: Cenevrədə mümkün görüş
ABŞ Prezidenti Donald Tramp yaxın 24 saat ərzində xüsusi nümayəndəsi Stiv Uitkof-un Cenevrəyə səfər edib-etməyəcəyi ilə bağlı qərar verəcək.
Crossmedia.az bu barədə "Israel Hayom" qəzetinə istinadən xəbər verir ki, məsələ İranın xarici işlər naziri Abbas Əraqçı ilə keçirilməsi planlaşdırılan görüşlə bağlıdır. Danışıqların cümə axşamı Cenevrədə baş tutacağı bildirilir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl İranın razılığa gəlməsi üçün maksimum iki həftə vaxtının olduğunu bəyan etmişdi.
Abbas Əraqçı isə açıqlamasında Uitkofla cümə günü görüşəcəyini və “Hərtərəfli Birgə Fəaliyyət Planı”n dan daha yaxşı bir razılaşmanın mümkünlüyünü nəzərə aldığını bildirib.
İranın ali rəhbəri Əli Xameneyi isə daha əvvəl Trampla danışıqları “ikiqat zəhər” adlandırmışdı.
10:14 23.02.2026
Oxunuş sayı: 635