Rusiya bu dövləti nüvə ilə hədələdi
Kremlin mətbuat katibi Dmitri Peskov Estoniyaya nüvə silahı ilə bağlı hədələyici açıqlama verib.
Crossmedia.az məlumat verir ki, o açıqlamasında Estoniya ərazisində Rusiyaya qarşı yönəldilmiş nüvə silahı yerləşdirilərsə, Moskva öz nüvə silahlarını Estoniyaya istiqamətləndirəcəyini deyib.
Qeyd edək ki, bundan əvvəl Estoniya rəsmiləri NATO-nun dəstəyi ilə belə silahların ölkə ərazisində yerləşdirilməsini mümkün hesab etdiklərini bildirmişdilər.
Turqut Ansari
22:33 22.02.2026
Oxunuş sayı: 506