Tramp Qrenlandiyaya tibbi hospital gəmisinin göndərilməsini planlaşdırır
ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya tibbi gəmi göndərməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu addım “orada tibbi yardım ala bilməyən çoxsaylı xəstələrə kömək göstərmək” məqsədi daşıyır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qeyd edib.
Tramp bu paylaşımı Luiziana ştatının qubernatoru Ceff Lendri ilə görüşdən sonra edib. Tramp onu ötən il Qrenlandiyaya səfir təyin etmişdi. Gəminin göndərilməsinə konkret olaraq nəyin səbəb olduğu hələ məlum deyil. Qeyd olunur ki, Qrenlandiya hökuməti əhaliyə pulsuz tibbi xidmət təqdim edir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin sərəncamında iki hospital gəmisi var — USNS Comfort, şərq sahillərində, və USNS Mercy, qərb sahillərində yerləşir. Trampın Qrenlandiyaya bu gəmilərdən hansını göndərəcəyi isə hələ açıqlanmayıb.
21:23 22.02.2026
Oxunuş sayı: 547