ABŞ şirkəti hücuma məruz qaldı
Ukraynanın şimal-şərq vilayəti Sumıya Rusiya hücumu nəticəsində dörd mülki şəxs həlak olub. Ölənlər arasında bir azyaşlı da var.
Crossmedia.az Ukrayna KİV-nə istinadən məlumat verir ki, Trostyanets şəhərində ABŞ-nin "Mondelez International" şirkətinə məxsus şirniyyat fabriki hücuma məruz qalıb. Həmin müəssisədə “Oreo” və “Milka” markaları altında məhsullar istehsal olunur.
Zaporojye vilayətində isə Rusiyanın hücumu nəticəsində daha iki nəfər həyatını itirib.
Turqut Ansari
19:20 22.02.2026
Oxunuş sayı: 918