İran Xameneinin mümkün aradan götürülməsi halı üçün plan hazırlayır
İran ali lideri Əli Xameneinin mümkün öldürülməsi halı üçün fəaliyyət planı hazırlanır.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times yüksək vəzifəli iranlı rəsmilərə və İnqilab Keşikçiləri Korpusunun nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Xamenei səlahiyyətlərinin bir hissəsini etibarlı şəxslərə ötürüb və hərbi, eləcə də mülki idarəetmə sahəsində çoxpilləli varislik sistemi yaradılmasını tapşırıb. Rəhbərlərə ali liderlə əlaqənin itirilməsi və ya onun ölümü halında dörd mümkün müavinin müəyyən edilməsi göstərişi verilib.
Əsas qərarların koordinasiyası parlamentin sabiq spikeri Əli Laricaniyə həvalə olunub. Bildirilir ki, o, daxili təhlükəsizlik, müttəfiqlərlə əlaqələr və Vaşinqtonla nüvə proqramı üzrə danışıqlarda iştirak edir.
Xəbərdə qeyd olunur ki, İsraillə son gərginlik zamanı üç mümkün varis də müəyyən edilib, lakin onların adları açıqlanmayıb. Tehranda ABŞ tərəfindən mümkün zərbə riskinin yüksək olaraq qaldığı bildirilir və bu səbəbdən silahlı qüvvələr artırılmış hazırlıq vəziyyətinə gətirilib, hərbi təlimlər keçirilib.
17:17 22.02.2026
Oxunuş sayı: 649