Qızıl faciəsi: Zirehli avtomobil qəza etdi, tonlarla dəyərli metal yoxa çıxdı
İstanbul-İzmir magistral yolunun Karacabey hissəsində qızıl daşıyan zirehli maşın qəza törədib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Təkəri partlayan nəqliyyat vasitəsi idarəetməni itirərək yoldan çıxıb və təxminən dörd dəfə aşıb. Qəzadan sonra daşınan 11 kiloqram qızıl itkin düşüb.
Jandarma ərazidə genişmiqyaslı axtarış aparsa da, qızıl hələ tapılmayıb.
İtkin düşən qızılın seriya nömrələri paylaşılıb və zərgərlərdən kömək istənilib. Hadisə ilə bağlı araşdırma davam edir.
21:52 22.01.2026
Oxunuş sayı: 1203