Kibercinayət ittihamı: Rusiyalı Tailandda saxlanıldı
Tailandda kibercinayətlər törətməkdə ittiham olunan 45 yaşlı Rusiya vətəndaşı polis tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Tailandın Mukdahan vilayətinin polis idarəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, avqustun 14-dən axtarışda olan Rusiya vətəndaşı Laosla sərhədi keçməyə cəhd edərkən tutulub.
Şübhəli şəxs Mukdahan–Savannaxet sərhəd-keçid məntəqəsində saxlanılıb.
Saxlanılan şəxsin hansı konkret kibercinayətlərdə ittiham olunduğu barədə əlavə məlumat verilməyib.
13:35 24.10.2026
Oxunuş sayı: 71