Polşa ABŞ və Fransanın nüvə silahlarını ölkəsində yerləşdirmək istəyir
Polşa ABŞ və Fransa ilə nüvə silahlarının birgə istifadəsi və nüvə çəkindirmə mexanizmlərində iştirak imkanlarını genişləndirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın “WNP.pl” portalına müsahibəsinə istinadən məlumat yayıb.r
Nazir bildirib ki, Varşava ABŞ-nin NATO çərçivəsində həyata keçirilən “Nuclear Sharing” proqramına qoşulmaqda maraqlıdır. Bu proqram müttəfiq ölkələrin nüvə çəkindirmə sistemində iştirakını nəzərdə tutur.
Kosinyak-Kamış qeyd edib ki, Polşa eyni zamanda Fransa ilə də nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“ABŞ-nin nüvə əməkdaşlığı proqramında iştirak Fransa ilə münasibətlərin qurulmasını istisna etmir”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Paris Avropadakı tərəfdaşlarına nüvə çəkindirmə sistemində daha geniş iştirak imkanları təklif edir.
Müdafiə naziri bu istiqamətdə konkret qərarların nə vaxt veriləcəyini açıqlamayıb. O, məsələnin əvvəlcə Avropalı müttəfiqlərlə məsləhətləşmələr tələb etdiyini bildirib.
Qeyd edək ki, nüvə əməkdaşlığı proqramlarında iştirakla nüvə başlıqlarının Polşa ərazisində faktiki yerləşdirilməsi eyni məna daşımır. Hazırda belə yerləşdirməyə dair yekun qərar açıqlanmayıb.
13:28 24.10.2026
Oxunuş sayı: 64