Kosaçev: Qərb Rusiyaya qarşı sanksiyaları yumşalda bilər
Qərb ölkələri öz maraqlarını nəzərə alaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşalda bilər. Lakin məhdudiyyətlərin tamamilə aradan qaldırılması gözlənilmir.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçevin müsahibəsinə istinadən məlumat yayıb.
Kosaçev bildirib ki, Qərb dövlətləri müəyyən iqtisadi və siyasi maraqlarını təmin etmək məqsədilə sanksiya siyasətində dəyişikliklər edə bilərlər.
Bununla belə, Rusiya rəsmisi Qərbin Moskvaya qarşı bütün sanksiyalardan tamamilə imtina edəcəyinə inanmadığını qeyd edib.
Kosaçevin sözlərinə görə, sanksiyaların qismən yumşaldılması mümkün olsa da, onların uzun müddət qüvvədə qalması ehtimalı yüksəkdir.
13:21 24.10.2026
Oxunuş sayı: 63