Bu il Azərbaycanla Ermənistan arasında sülh ili ola bilərmi? - Polkovnik açıqladı
Bu il Azərbycanla Ermənistan arasında sülh sazişini imzalanması mümkündür.
Bu barədə Crossmedia.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
"Belə bir deyim, sülh istəyirsənsə, müharibəyə hazır ol. Azərbaycan da məhz bu prinsipdən çıxış edir. Bu gün Ermənistan istiqamətlənibsə, bu, ilk növbədə Azərbaycanın gücünün göstəricisidir. Artıq məğlub tərəf olan Ermənistan hakimiyyəti və cəmiyyəti anlayır ki, Azərbaycan güclü dövlətdir, güclü ordusu var və istənilən revanşist və ya işğal niyyətləri getdikcə demək olar ki, sıfıra enir. Belə olduğu halda nə qalır? Əgər müharibə mümkün deyilsə, əgər güc yoxdursa, işğal etmək və ya revanş almaq mümkün deyilsə, deməli, yeganə yol sülhdür. Bu gün əgər Ermənistan sülhə gedirsə, bunu öz istəyi ilə etmir. Ermənistan Azərbaycanın inkişaf göstəriciləri fonunda buna məcbur qalaraq gedir".
O bildirib ki, Ermənistanın inkişaf yolu məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir: "İkinci Qarabağ müharibəsi həm Azərbaycanın güclü tərəflərini, həm də daha yaxşı nəticələr əldə etmək üçün idarə olunmalı və təkmilləşdirilməli olan sahələri açıq şəkildə ortaya qoydu, bunu praktik olaraq göstərdi".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/63230
Ayhan
17:36 08.01.2026
Oxunuş sayı: 3963