Əsəd ailəsi Moskvada sürgündə dəbdəbəli həyat sürür
Devrilmiş Suriya prezidenti Bəşar Əsəd və ailəsi Rusiyaya qaçdıqdan sonra Moskvanın “Four Seasons” hotelində, Rusiya təhlükəsizlik xidmətlərinin nəzarəti altında yaşayır.
Crossmedia.az bu barədə The New York Times-a istinadən xəbər verir.
Məlumata görə, onların həftəlik xərcləri 13 min dollara çatır və Əsəd tez-tez hotelin 62-ci mərtəbəsindəki “Sixty” restoranında VIP görüşlər keçirir.
Qəzet həmçinin bildirir ki, qardaşı Mahir Əsəd də Moskvada aktiv həyat sürür və ictimai yerlərdə tanınmamaq üçün görünüşünü dəyişir.
18:45 25.12.2025
Oxunuş sayı: 4906