ABŞ-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı fikir ayrılığı yaranıb
ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə qarşı çıxıblar.
Crossmedia.az xəbər verir ki, “Axios”un məlumatına görə, Demokrat Partiyasının rəhbərliyi sənədin Donald Trampın səlahiyyətlərini genişləndirməsindən narahatdır. Qanun layihəsinin bu həftə səsverməyə çıxarılması gözlənilir və onun qəbul edilməsi üçün Respublikaçılara bəzi demokratların dəstəyi lazım olacaq.
Demokratlar Ukraynaya dəstəklərini vurğulasalar da, Tramp administrasiyasına ticarət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə səlahiyyətlərin verilməsinə qarşı çıxırlar. Bu səbəbdən qanun layihəsi partiya daxilində ciddi siyasi dilemma yaradıb.
19:25 15.09.2026
Oxunuş sayı: 49