Çin ABŞ-ni kosmosda silahlanmanı dayandırmağa çağırıb
Çin ABŞ-ni kosmosda hərbi potensialını artırmağı dayandırmağa və silahlanma yarışına yol verməməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun konkret addımlarla qlobal strateji sabitliyi dəstəkləməli olduğunu bildirib.
Pekin kosmosun hərbi qarşıdurma zonasına çevrilməsinə qarşı çıxıb.
18:32 15.09.2026
Oxunuş sayı: 48