Avropa Komissiyasının Prezidenti Rusiyanı Avropanı təhrik etməkdə ittiham edib
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın Avropaya qarşı daha geniş təxribat və təcavüz kampaniyası apardığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, Danimarka yaxınlığında Rusiya hərbi gəmisi və Litvanın hava məkanında Rusiya dronu ilə bağlı son insidentləri buna nümunə göstərib.
Fon der Lyayenin sözlərinə görə, Moskva Avropa ölkələrinin hazırlığını və qətiyyətini sınağa çəkir, Avropa isə NATO ilə birlikdə müdafiə və çəkindirmə imkanlarını gücləndirir.
18:38 15.09.2026
Oxunuş sayı: 44