Finlandiya Ukraynaya 290 milyon avroluq yardım ayırıb
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya 34-cü hərbi yardım paketinin göndərilməsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, yeni yardım paketinin ümumi dəyəri təxminən 290 milyon avro təşkil edir.
Finlandiya prezidentinin sözlərinə görə, paketə Ukraynanın təcili şəkildə tələb etdiyi xüsusi avadanlıqlar da daxil edilib.
Təhlükəsizlik səbəbilə yardımın dəqiq tərkibi, həmçinin onun Ukraynaya çatdırılma marşrutları və müddətləri açıqlanmayıb.
19:36 15.09.2026
Oxunuş sayı: 45