ABŞ Belarusun 44 milyon dollarını qaytarmağa razılaşıb
ABŞ Belarusun bank hesablarında dondurulmuş 43–44 milyon dollar vəsaitinin ölkəyə qaytarılması ilə bağlı razılıq verib.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Kou Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton artıq banka vəsaitin dondurulmasının aradan qaldırılması ilə bağlı müraciət edib və pulun qaytarılması mexanizmi üzərində iş aparılır.
Kou ABŞ tərəfinin Belarusun tələblərini dəstəklədiyini vurğulayıb. O bildirib ki, bankdan konkret cavab daxil olduqdan sonra Minsk dərhal məlumatlandırılacaq.
19:19 15.09.2026
Oxunuş sayı: 41