Arman Yeğoyan: “Daşnaksütyun kökündən silinməlidir”
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Arman Yeğoyan Daşnaksütyun ideologiyasının ölkənin siyasi düşüncəsindən tamamilə aradan qaldırılmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Yeğoyanın sözlərinə görə, “Daşnaksütyun” ideologiyası erməni siyasi düşüncəsindən kökündən silinməlidir. Deputat bunun Ermənistanın gələcək siyasi inkişafı baxımından vacib olduğunu vurğulayıb.
Daşnaksütyun erməni millətçi siyasi hərəkatı kimi tanınır. Hərəkatın ideologiyasında erməni millətçiliyi və “tarixi ərazilər” adlandırılan qonşu dövlətlərin ərazilərində müstəqil dövlət yaradılması ideyaları mühüm yer tutur.
Məlumata görə, Daşnaksütyunun tarixində silahlı mübarizə və siyasi terror üsullarından da istifadə olunub.
18:59 15.09.2026
Oxunuş sayı: 44