Niderlandda dəmir yolunda genişmiqyaslı təxribat törədilib
Niderlandda dəmir yolu xətlərində koordinasiyalı təxribat nəticəsində qatarların hərəkətində ciddi fasilələr yaranıb.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bir neçə istiqamətdə relslərə uzunluğu 1,5–2 metr olan metal borular bərkidilib.
Bu, dəmir yolunun təhlükəsizlik sistemlərində nasazlıqlara səbəb olub və qatarların hərəkəti pozulub.
19:13 15.09.2026
Oxunuş sayı: 46