Eurasia Review: 2025-ci il qlobal geopolitikada dönüş nöqtəsi oldu
2025-ci il dünya siyasətində ciddi geosiyasi dəyişikliklərlə yadda qalıb. ABŞ Prezidenti Donald Trampın Çin, Avropa və digər ölkələrə qarşı tətbiq etdiyi yüksək gömrük rüsumları ticarət müharibələrini kəskinləşdirib, Çin isə buna nadir torpaq minerallarının ixracına məhdudiyyət qoymaqla cavab verib.
Crossmedia.az bu barədə Eurasia Review-a istinadən xəbər verir.
Təhlildə qeyd olunur ki, 2025 süni intellekt üçün də dönüş ili olub: ChatGPT və oxşar alətlərdən 1,2 milyarddan çox insan istifadə etsə də, bu texnologiyaya çıxış ölkələr arasında bərabər deyil və bu, gələcək geosiyasi rəqabətə təsir göstərir. Eyni zamanda Sudandakı vətəndaş müharibəsi, Ukrayna münaqişəsinin davam etməsi, İsrail-İran qarşıdurması və ABŞ–AB münasibətlərində artan gərginlik qlobal təhlükəsizlik risklərini daha da dərinləşdirib.
Eurasia Review bildirir ki, iqlim siyasətində geriləmə, ABŞ-ın Venesuelaya yönəlik daha sərt mövqeyi və Hindistanın artan qlobal rolu 2025-ci ilin əsas geosiyasi trendlərini formalaşdırıb və bu proseslər yaxın illərdə beynəlxalq münasibətlərə həlledici təsir göstərəcək.
18:31 25.12.2025
Oxunuş sayı: 3783