Budanov Zaporoje cəbhəsindəki xüsusi bölməni ziyarət edib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Zaporoje cəbhəsinin qabaqcıl mövqelərini ziyarət edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Budanov “Timur Xüsusi Təyinatlı Bölməsi”nin döyüşçüləri ilə görüşüb, heyətlə söhbət edib və fərqlənən kəşfiyyatçıları mükafatlandırıb. Baş Kəşfiyyat İdarəsi bildirib ki, ziyarət gözlənilməz olub və bölmənin mənəvi ruhuna müsbət təsir göstərib.
Pərvin Hacıyeva
18:17 25.12.2025
Oxunuş sayı: 4040