Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub
Rusiya vətəndaşı, 1991-ci il təvəllüdlü, gəncəli Yasin Cəfərov, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı həlak olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onunla əlaqə sentyabrın 22-də kəsilib. Yasin Cəfərovun cəsədi dekabrın 13-də tapılıb, dekabrın 16-da Gəncəyə gətirilərək dəfn edilib.

Pərvin Hacıyeva
17:51 25.12.2025
Oxunuş sayı: 3462